...

Hindistanda parlament seçkilərinin ilk mərhələsi başlayıb

Dünya xəbərləri Materials 11 Aprel 2019 07:24 (UTC +04:00)
Hindistanda parlament seçkilərinin ilk mərhələsində səsvermə başlayıb
Hindistanda parlament seçkilərinin ilk mərhələsi başlayıb

Bakı. Trend:

Hindistanda parlament seçkilərinin ilk mərhələsində səsvermə başlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkə ərazisində 91 seçki dairəsi fəaliyyət göstərir.

Səsvermədə təxminən 900 milyon seçici iştirak edə bilər və bu göstərici parlament seçkilərini dünya tarixinin ən miqyaslı seçkiləri edir.

Bildirilir ki, seçkilər 29 ştat və 7 ittifaq ərazisində keçirilir və 7 mərhələdən ibarət olacaq: 11 aprel, 18 aprel, 23 aprel, 29 aprel, 6 may, 12 may və 19 may tarixlərində.

Səslərin hesablanması mayın 23-nə qədər bitməlidir.

Xəbər lenti

Xəbər lenti