...

Əfqanıstanda mədəndə 8 nəfər boğulub öldü

Dünya xəbərləri Materials 22 Aprel 2019 10:35 (UTC +04:00)
Əfqanıstanın şimalında kömür mədənində qəza baş verib.
Əfqanıstanda mədəndə 8 nəfər boğulub öldü

Bakı. Trend:

Əfqanıstanın şimalında kömür mədənində qəza baş verib.

Trend-in məlumatına görə, mədəndə qaz sızması nəticəsində 8 nəfər dünyasını dəyişib.

Hadisə Samanqan vilayətində baş verib. Vilayət məmuru Raz Məhəmmədin sözlərinə görə, işçilər Dara-i-Sufi Bala adlı mədəndə olarkən naməlum səbəbdən zəhərli qaz sızması baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti