...

SON DƏQİQƏ! Şri-Lankada daha bir partlayış - Kilsə yaxınlığında

Dünya xəbərləri Materials 22 Aprel 2019 14:55 (UTC +04:00)
Şri-Lankanın paytaxtı Kolomboda yenidən partlayış baş verib.
SON DƏQİQƏ! Şri-Lankada daha bir partlayış - Kilsə yaxınlığında

Bakı. Trend:

Şri-Lankanın paytaxtı Kolomboda yenidən partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilərkən baş verib. Partlayış nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Qeyd edilir ki, həmin kilsə ötən gün partlayış baş vermiş kilsədir.

Xatırladaq ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.

Partlayışlar nəticəsində ölənlərin sayı 262-ə çatır.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti