...

Rusiya və Türkiyə viza rejimini ləğv edə bilər...

Dünya xəbərləri Materials 14 May 2019 14:24 (UTC +04:00)
Rusiya və Türkiyə yaxın zamanlarda iri həcmli yük avtomobillərinin sürücüləri üçün vizaların ləğv olunması barədə razılıq əldə edə bilər
Rusiya və Türkiyə viza rejimini ləğv edə bilər...

Bakı. Trend:

Rusiya və Türkiyə yaxın zamanlarda iri həcmli yük avtomobillərinin sürücüləri üçün vizaların ləğv olunması barədə razılıq əldə edə bilər.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyi Konsulluq departamentinin direktoru İvan Volınkin deyib.

O bildirib ki, bu sürücülərin vizasız gediş-gəlişinin təmin olunması məsələsi həll olunmaq üzrədir.

Bundan başqa, iki ölkə arasında xidməti, eləcə də xüsusi pasportların sahibləri üçün viza rejiminin ləğv olunması ilə bağlı danışıqlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti