...

İranda sel gəldi, 2 nəfəri apardı...

Dünya xəbərləri Materials 15 May 2019 10:58 (UTC +04:00)
İranın İsfahan vilayətinin şərqində sel nəticəsində iki nəfər həlak olub.
İranda sel gəldi, 2 nəfəri apardı...

Bakı. Elnur Bağışov - Trend:

İranın İsfahan vilayətinin şərqində sel nəticəsində iki nəfər həlak olub.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi açıqlamasında deyib.

M.Xalidinin sözlərinə görə, hadisə nəticəsində 27 yaşlı qadın və 5 yaşlı qız boğulub.

Xatırladaq ki, İranda 18 martdan başlayaraq təxminən 1 ay ərzində baş verən sel və daşqınlar nəticəsində 77 nəfər həlak olub, min nəfərdən çox insan yaralanıb, 4 nəfər itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti