...

"Facebook"da nasazlıq yaranıb

Dünya xəbərləri Materials 18 May 2019 05:50 (UTC +04:00)
"Facebook" sosial şəbəkəsində nasazlıq dünyanın bir çox ölkələrində müşahidə olunub
"Facebook"da nasazlıq yaranıb

Bakı. Trend:

"Facebook" sosial şəbəkəsində nasazlıq dünyanın bir çox ölkələrində müşahidə olunub.

Trend-in məlumatına görə, "Facebook"da problemlər ABŞ-ın Şimal sahilindəki vaxtı ilə saat 11:16-dan müşahidə olunur.

"Facebook" sosial şəbəkəsindəki nasazlıq ilə bağlı daha çox ABŞ, Meksika və Hindistanda şikayət ediblər.

Həmin problemlər Braziliya, Böyük Britaniya, Macarıstan, Almaniya və İtaliyada da olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti