...

Silahlılar Suriya ordusunun mövqeyinə hücum etməyə çalışıblar

Dünya xəbərləri Materials 22 May 2019 01:20 (UTC +04:00)

Baki. Trend:

"Həyat Təxrir əş-Şam" terrorçu qruplaşmasının silahlıları Suriya ordusunun mövqelərinə hücum etməyə cəhd göstəriblər.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin qeyd edib ki, silahlılar "Həyat Təxrir əş-Şam" terrorçu qruplaşmasının rəhbərliyi altında Suriya hökuməti ordusunun mövqelərinə Xabit-Kafr-Nbuda və Kafr-Zayta-Hamamiyət istiqamətlərində hücum etməyə cəhd göstəriblər.

Kupçişin əlavə edib ki, hazırda Suriya hökuməti qüvvələri terrorçuların kütləvi hücumlarını dəf etmək üçün mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti