...

Çilidə braziliyalı turistlər həlak oldu - Qaz sızması

Dünya xəbərləri Materials 23 May 2019 14:06 (UTC +04:00)
Çilinin paytaxtı Santyaqoda 6 braziliyalı turist həlak olub
Çilidə braziliyalı turistlər həlak oldu - Qaz sızması

Bakı. Trend:

Çilinin paytaxtı Santyaqoda 6 braziliyalı turist həlak olub.

Trend-in məlumatına görə, onlar kirayə mənzildə qazdan zəhərləniblər.

Ölənlər arasında 2 uşaq da olub. Turistlər bir həftə əvvəl Çiliyə gəldikləri məlum olub.

Hadisənin baş verdiyi binadan sakinlər təxliyə olunub. Hazırda sızmanın mənbəyi ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti