...

Misirdə yol qəzasında 9 polis əməkdaşı həlak olub

Dünya xəbərləri Materials 27 May 2019 02:15 (UTC +04:00)
Misrin İsmailiyyə şəhəri yaxınlığında baş verən yol qəzasında ölkənin 9 polis əməkdaşı ölüb
Misirdə yol qəzasında 9 polis əməkdaşı həlak olub

Bakı. Trend:

Misirin İsmailiyyə şəhəri yaxınlığında baş verən yol qəzasında ölkənin 9 polis əməkdaşı ölüb.

Trend-in məlumatına görə, bu barədə "Youm7" portalı xəbəri verir.

Məlumata əsasən, həmin polis əməkdaşlarını aparan pikap, yük treyleri ilə toqquşub. Bundan dərhal sonra avtomobil alovlanıb. Avtomobildə olan iki polis zabiti və yeddi müddətli xidmətinin əsgərləri həlak olub.

Ehtimal edilir ki, qəza yol hərəkəti qaydalarının pozulduğuna görə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti