...

Rusiyada zavodda partlayış baş verib - 79 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 1 İyun 2019 19:52 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində baş verən partlayış nəticəsində 80 nəfərə yaxın adam tibbi yardım almaq üçün müraciət edib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Kristal zavodunda partlayış nəticəsində ümumilikdə 38 işçi və 41 şəhər sakini olmaqla 79 nəfər müraciət edib. Müraciət edənlər arasında azyaşlılar yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti