...

Kamikadze özünü partlatdı - 8 ölü

Dünya xəbərləri Materials 13 İyun 2019 16:31 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub.

Daha 11 nəfərin yaralandığı deyilir.

Qeyd olunur ki, partlayış nəzarət-buraxılış məntəqəsinin qarşısında baş verib. Hadisəni intiharçı terrorçunun törətdiyi deyilir.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti