...

Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmədə vəfat edib

Dünya xəbərləri Materials 17 İyun 2019 20:23 (UTC +04:00)
Misirin sabiq prezidenti Məhəmməd Mursi ölkənin paytaxtı Qahirədə vəfat edib
Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmədə vəfat edib

Bakı. Trend:

Misirin sabiq prezidenti Məhəmməd Mursi ölkənin paytaxtı Qahirədə vəfat edib.

Trend-in məlumatına görə, o, məhkəmə zalında dünyasını dəyişib. Qeyd edək ki, sabiq prezident casusluqda ittiham olunurdu və bu gün məhkəmə qarşısına çıxarılmışdı.

Bildirilir ki, məhkəmə prosesi zamanı M.Mursiyə söz verilib və daha sonra prosesdə fasilə verilib. Bu zaman sabiq prezident huşunu itirib və özünə gəlmədən dünyasını dəyişib.

İlkin məlumata əsasən, M.Mursi ürək tutmasından ölüb.

Xəbər lenti

Xəbər lenti