...

Çində kimya zavodunda partlayış olub

Dünya xəbərləri Materials 30 İyun 2019 22:34 (UTC +04:00)
Çinin Benbu şəhərində yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində iki nəfər həlak olub
Çində kimya zavodunda partlayış olub

Bakı. Trend:

Çinin Benbu şəhərində yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində iki nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Məlumata əsasən, təmirdə olan ehtiyat rezervuarında qalmış işçilərdən birini xilas etmə əməliyyatı zamanı partlayış olub.

Hadisə nəticəsində fəhlə və onu xilas etməyə gələn yanğınsöndürən yerində həlak olub, daha doqquz nəfər isə xəsarət alıb. Yaralananlar Benbu xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti