Bakı. Trend:
Əlcəzairdə hərbçilər və jandarmeriya əməkdaşları terror hücumlarını planlayan 5 yaraqlısını saxlayıb.
Trend-in məlumatına görə, onlar terrora qarşı mübarizə əməliyyatı zamanı Batna əyalətində ələ keçib.
Qeyd olunur ki, araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər Əlcəzairin müxtəlif yerlərində partlayıcı maddələrdən istifadə edərək dinc nümayişçilərə qarşı hücum planlaşdırıblar.