...

İranda sel - 2 nəfər həlak oldu

Dünya xəbərləri Materials 24 İyul 2019 11:42 (UTC +04:00)
İranın üç vilayətində, Sistan və Bəluçestan, Fars və Hörmüzqan vilayətlərində 9 gün ərzində sel və daşqınlar nəticəsində 2 nəfər həlak olub.
İranda sel - 2 nəfər həlak oldu

Bakı. Elnur Bağışov - Trend:

İranın üç vilayətində, Sistan və Bəluçestan, Fars və Hörmüzqan vilayətlərində 9 gün ərzində sel və daşqınlar nəticəsində 2 nəfər həlak olub.

Trend-in məlumatına görə, bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, bu müddətdə 32 şəhər və kənddə 2 min nəfərə yardım edilib.

72 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Xilasetmə əməliyyatı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti