...

ABŞ-da daha bir atışma olub: 10 ölü, 16 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 4 Avqust 2019 12:31 (UTC +04:00)
ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb
ABŞ-da daha bir atışma olub: 10 ölü, 16 yaralı (YENİLƏNİB)

İlk xəbər saat 11:27-də yayılıb

Bakı. Trend:

ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə şəhərin polis idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Atəş açan şəxs öldürülüb. Atışma nəticəsində daha 9 nəfər həlak olub, azı 16 nəfər isə yaralanıb və xəstəxanaya müraciət edib".

Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.

XXX

11:27

ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) atışma baş verib.

Trend-in yerli "Dayton Daily News" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 7 nəfər həlak olub.

Bildirilir ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. İlkin məlumata əsasən, atəş açan şəxlərdən biri öldürülüb, polis əməkdaşları ikinci atəş açan şəxsin axtarışlarını aparırlar.

Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti