...

Ərəbistan koalisiyası Yəmən üsyançılarının buraxdığı iki dronu vurub

Dünya xəbərləri Materials 26 Avqust 2019 08:20 (UTC +04:00)
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri "Ənsar Allah" (husilər) Yəmən üsyançı hərəkatının tərəfdarları tərəfindən buraxılan iki pilotsuz uçuş aparatını vurub
Ərəbistan koalisiyası Yəmən üsyançılarının buraxdığı iki dronu vurub

Bakı. Trend:

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri "Ənsar Allah" (husilər) Yəmən üsyançı hərəkatının tərəfdarları tərəfindən buraxılan iki pilotsuz uçuş aparatını vurub.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı mətbuat agentliyi koalisiyanın nümayəndəsi polkovnik Turki əl-Malikiyə istinadən bildirib.

Onun sözlərinə görə, koalisiya qüvvələri Səudiyyə Ərəbistanı istiqamətində Sana bölgəsindən hussilər tərəfindən buraxılan iki pilotsuz uçuş aparatını ələ keçirərək vurublar.

Turki Əl-Maliki vurğulayıb ki, hussilərin dronları işə salmaq üçün etdiyi hər hansı bir cəhdləri uğursuzluğa məhkumdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti