...

Çində daha bir zəlzələ baş verib

Dünya xəbərləri Materials 8 Sentyabr 2019 11:15 (UTC +04:00)

Bakı. Trend:

Çinin Sıçuan əyalətində daha bir zəlzələ baş verib.

Trend-in Çin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, maqnitudası 4,3 olan zəlzələ yerli vaxtla saat 10:36-da qeydə alınıb.

Yeraltı təkanların episentri Çendu şəhərindən 140 kilometr cənubda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, daha əvvəl yerli vaxtla saat 06:42-də Sıçuan əyalətində 5,4 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 1 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti