...

Bir neçə yüz ətraf mühit fəalı Frankfurt avtosalonunun girişini bağladı

Dünya xəbərləri Materials 15 Sentyabr 2019 17:40 (UTC +04:00)
Bir neçə yüz nümayişçi Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq avtomobil şousunun əsas girişini bağlayıb
Bir neçə yüz ətraf mühit fəalı Frankfurt avtosalonunun girişini bağladı

Bakı. Trend:

Bir neçə yüz nümayişçi Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq avtomobil şousunun əsas girişini bağlayıb.

Trend-in məlumatına görə, aksiya "Sürət qutusundakı qum" devizi altında keçirilib.

Yerli polis bildirib ki, bununla belə, başqa giriş vasitəsilə sərgini ziyarət etmək olar.

Nümayişçilər əllərində "Hakimiyyətə istefa" və digər radikal plakatlar tutublar. Etirazları təşkil edən təşəbbüs qrupu salonun işini pozmaq niyyətində olduğunu açıqlayıb. Onların açıqlamasında deyilir: "Bununla əvvəllər olduğu kimi avtomobil satıcıları tərəfindən dəstəklənən dağıdıcı nəqliyyat sisteminə qarşı açıq bir siqnal göndəririk".

Qeyd edək ki, şənbə günü Frankfurt şəhərində ətraf mühit aksiyalarında 15 minə yaxın insan iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti