Bakı. Trend:
Meksikanın paytaxtı yaxınlığında 3 avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.
Trend-in "Televisia" telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 13 nəfər həlak olub, 20-dən artıq insan xəsarət alıb.
Bildirilir ki, xəsarət alanların əksəriyyətinin vəziyyəti ağırdır.
Məlumata əsasən, avtobuslardan birinin sürücüsü polislər tərəfindən saxlanılıb, digər 2 sürücünün axtarışları davam etdirilir.