Bakı. Trend:
Bolqarıstanın Baş naziri Boyko Borisov ABŞ-a rəsmi səfər edəcək və Amerika prezidenti Donald Trampla görüşəcək.
Trend-in məlumatına görə, B.Borisovun Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşü noyabrın 25-ə planlaşdırılıb.
Ağ Evdəki danışıqlar çərçivəsində Baş nazir Borisov və Prezident Tramp Bolqarıstan və ABŞ arasında mövcud olan sabit və güclü əlaqələri nəzərə alaraq strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edəcəklər. Təhlükəsizlik və Şimali Atlantika Tərəfdaşlığı, enerji diversifikasiyası və digər müvafiq mövzularda ümumi maraqlara xüsusi diqqət yetiriləcək.
Bolqarıstan nümayəndə heyətinə baş nazirin müavini Tomislav Donçev, baş nazirin müavini və müdafiə və təhlükəsizlik naziri Krasimir Karakaçanov, maliyyə naziri Vladislav Qoranov və iqtisadiyyat naziri Emil Karanikolov da daxildir.