...

ABŞ-da qasırğa - Ölənlər var

Dünya xəbərləri Materials 17 Dekabr 2019 17:23 (UTC +04:00)
ABŞ-ın cənub ştatlarında qasırğa nəticəsində 3 nəfər həlak olub
ABŞ-da qasırğa - Ölənlər var

Bakı. Trend:

ABŞ-ın cənub ştatlarında qasırğa nəticəsində 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, 1 nəfər Luiziana ştatında, 2 nəfər isə Alabama ştatında təbiət hadisəsinin qurbanı olub.

Qeyd olunur ki, gecə ərzində həmin ştatlardan 20-dən çox burulğan keçib. Çoxlu sayda ağac qırılıb, tikililərə ciddi ziyan dəyib.

Qasırğa nəticəsində yaralıların sayının çoxalacağı istisna olunmur, çünki xilsedicilər təbiət hadisəsindən daha çox zərər çəkən bölgələrə getməkdə çətinlik çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti