...

Rəcəb Tayyib Ərdoğan: İdlibdən yüz minlərlə qaçqın Türkiyəyə göndərilir

Dünya xəbərləri Materials 2 Yanvar 2020 16:49 (UTC +04:00)
İdlibdən gələn böyük bir qaçqın dalğasının Suriyadan Türkiyəyə keçəcəyi planlaşdırılır.
Rəcəb Tayyib Ərdoğan: İdlibdən yüz minlərlə qaçqın Türkiyəyə göndərilir

Bakı. Trend:

İdlibdən gələn böyük bir qaçqın dalğasının Suriyadan Türkiyəyə keçəcəyi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimal bölgələrindəki vəziyyəti şərh edərkən deyib.

Türkiyə Prezidenti vurğulayıb ki, 200-250 min miqrant Türkiyə sərhədinə doğru göndərilir. "Axını dayandırmaq üçün bir sıra tədbirlər görülür, lakin bu asan məsələ deyil. Müəyyən tədbirlərin köməyi ilə bunun qarşısını almağa çalışırıq. Ancaq bu, çətin işdir, çünki insanlarla işləyirik" - deyə, R.T.Ərdoğan qeyd edib.

Prezident xatırladıb ki, hazırda Türkiyədə dörd milyonu suriyalı olan beş milyondan çox qaçqın var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti