...

Venesuelada genişmiqyaslı hərbi təlimlər başlayır

Dünya xəbərləri Materials 15 Fevral 2020 04:35 (UTC +04:00)
Təlimlərdə 2,3 milyondan artıq insan iştirak edəcək
Venesuelada genişmiqyaslı hərbi təlimlər başlayır

Bakı. Trend:

Venesuelada 2020-ci ilin hərbi təlimləri başlayır. Təlimlər 15-16 fevral tarixlərində davam edəcək.

Trend-in məlumatına görə, təlimlərdə 2,3 milyondan artıq insanın iştirak edəcəyi bildirilib.

Ölkə Prezidenti Nikolas Maduro deyib ki, təlimlər sülh hüququnu qorumaq üçün aparılır. Onun sözlərinə görə, hazırda Venesuela müxtəlif risklərə məruz qalır. Xüsusilə, Braziliya və Kolumbiya ölkəni zorakılıq və terror aktları ilə təhdid edir.

Xatırladaq ki, Venesuelada 2019-cu ilin yanvarından prezident N.Maduroya qarşı kütləvi etiraz aksiyaları başlayıb. Müxalifətin nəzarətində olan Milli Assambleyanın rəhbəri Xuan Quaydo qanunsuz olaraq özünü müvəqqəti dövlət başçısı elan edib. ABŞ və bir sıra qərb ölkələri Quaydo hakimiyyətini tanıdıqlarını elan ediblər. Rusiya, Çin, Türkiyə və bir sıra digər ölkələr Nikola Maduroya qanuni prezident olaraq dəstək veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti