...

Ərdoğan: İdlibdə hərbi əməliyyatlar hər an başlana bilər

Dünya xəbərləri Materials 19 Fevral 2020 13:32 (UTC +04:00)
Türkiyə İdlib məsələsində özünün planını həyata keçirmək bütün hazırlaqlarını görüb. Hər an əməliyyatlara başlanıla bilər.
Ərdoğan: İdlibdə hərbi əməliyyatlar hər an başlana bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə İdlib məsələsində özünün planını həyata keçirmək bütün hazırlaqlarını görüb. Hər an əməliyyatlara başlanıla bilər.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında deyib.

Prezident Ərdoğan bildirib ki, Türkiyə İdlibi Suriya rejimi və onun tərəfdarlarına verməyəcək:

"İdlib problemi ilə bağlı Türkiyə və Rusiya nümayəndə heyətlərinin Moskva görüşü bir nəticə verməyib. İstədiyimiz nəticəni əldə edə bilməmişik".

R.T.Ərdoğan onu da vurğulayıb ki, Suriyada Bəşər Əsədə sadiq qüvvələrin hücumları nəticəsində son günlər Türkiyənin 15 əsgəri şəhid olub, daha 45 hərbçi yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti