...

Aİ XİN rəhbərlərinin Suriya üzrə təcili iclası martın 6-sı keçiriləcək

Dünya xəbərləri Materials 2 Mart 2020 23:25 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ölkələrinin XİN rəhbərlərinin Suriya üzrə təcili iclası martın 6-sı Zaqrebdə keçiriləcək
Aİ XİN rəhbərlərinin Suriya üzrə təcili iclası martın 6-sı keçiriləcək

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələrinin XİN rəhbərlərinin Suriya üzrə təcili iclası martın 6-sı Zaqrebdə keçiriləcək.

Trend-in məlumatına görə, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

C.Borrell bildirib: "Xarici İşlər Nazirləri ilə Suriya və Türkiyəni müzakirə etmək üçün xarici işlər üzrə Aİ Şurasının təcili iclasını çağırdım. Biz "Gymnix"dən sonra martın 6-sı Zaqrebdə görüşəcəyik".

Aİ-nin Ali Nümayəndəsi Xorvatiya sədrliyinə görüşü qısa müddətdə təşkil etməyə hazır olduqlarına görə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti