...

Ərdoğan və Makron İdlibdəki vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 5 Mart 2020 03:04 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb
Ərdoğan və Makron İdlibdəki vəziyyəti müzakirə edib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, görüşdə Suriyanın İdlib şəhərində vəziyyət və suriyalı qaçqınlar problemi müzakirə edilib.

Qeyd edək ki, fevralın 19-da Ərdoğan Suriyanın İdlib şəhərində hərbi əməliyyata başlamağın mümkünlüyünü açıqlamışdı.

Onun sözlərinə görə, Türkiyə İdlibi Suriya rejiminə və tərəfdarlarına buraxmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti