Bakı. Trend:
Suriyanın İdlib əyalətindəki vəziyyət o dərəcədə kəskinləşib ki, bizim birbaşa müdaxiləmizi tələb edir.
Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
İdlibdə türkiyəli hərbçilərin həlak olması məsələsinə toxunan V.Putin o bölgədə onların olması barədə heç kimi məlumatı olmadığını deyib.
Ərdoğan öz növbəsində əlavə edib ki, danışıqlar İdlibdəki vəziyyətin həllinə kömək edəcək.
Qeyd edək ki, hazırda Moskvada V.Putinlə R.T.Ərdoğanın görüşü keçirilir.