Bakı. Elnur Bağışov - Trend:
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Sərdəşt rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 13:17-də 9 km dərinlikdə qeyd alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.