...

İtaliyada koronavirusa qarşı olan dərmanın testləri keçiriləcək

Dünya xəbərləri Materials 18 Mart 2020 06:23 (UTC +04:00)
İtaliyada COVID-19 koronavirusun müalicəsi üçün romatoid artritdə istifadə olunan "tosilizumab" dərmanının sınaqları martın 19-dan başlayacaq
İtaliyada koronavirusa qarşı olan dərmanın testləri keçiriləcək

Bakı. Trend:

İtaliyada COVID-19 koronavirusun müalicəsi üçün romatoid artritdə istifadə olunan "tosilizumab" dərmanının sınaqları martın 19-dan başlayacaq.

Trend-in məlumatına görə, bunu Milli Dərmanlar üzrə Agentliyinin rəhbəri Nikola Maqrini deyib.

Daha əvvəl tosilizumabın Neapol və Modena xəstəxanalarında öz effektini göstərmişdir. Bu dərman oynaqların revmatik xəstəliklərinin müalicəsində istifadə olunan immunosupressantlar qrupuna aiddir:

"Tosilizumab ilə sınaqlar cümə axşamı günü başlayacaq, bunun ilkin araşdırmaları ürəkaçan nəticələr göstərmişdir".

Onun sözlərinə görə, sınaqlarda 330-a yaxın xəstə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti