...

Avropa Komissiyası İtaliyadan üzr istədi

Dünya xəbərləri Materials 16 Aprel 2020 14:27 (UTC +04:00)
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen koronavirus pandemiyası fonunda Avropa İttfaqı ölkələrinin İtaliyaya vaxtında kömək edə bilməməsinə görə üzr istəyib
Avropa Komissiyası İtaliyadan üzr istədi

Bakı. Trend:

Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen koronavirus pandemiyası fonunda Avropa İttfaqı ölkələrinin İtaliyaya vaxtında kömək edə bilməməsinə görə üzr istəyib.

Trend-in məlumatına görə, o, bu fikirləri Avropa Parlamentinin onlayn sessiyası zamanı səsləndirib.

Ursula Fon der Lyayen bildirib ki, heç kim buna hazır deyildi:

"Doğrudur ki, biz İtaliyanın köməyə ehtiyacı olan zaman cavab verə bimədik. Buna görə, bütün Avropa üzr istəyir. Amma üzrxahlıq o zaman qəbul olunur ki, siz davranışınızı dəyişəsiniz".

O vurğulayıb ki, Avropa İttifaqı və Avropa Komissiyası artıq davranışını dəyişib və indiki şəraitdə Aİ-nin tərkibində günahkar axtarışlarını dayandırmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti