...

Yaponiyada silahlı şəxs kafedə bir neçə nəfəri girov götürüb

Dünya xəbərləri Materials 21 Aprel 2020 05:47 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Fukuoka şəhərində bıçaqla silahlanmış şəxs kafedə bir neçə nəfəri girov götürüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "NHK" telekanalı xəbər verir.

Məlumata əsasən, girov götürülən şəxslər təxminən iki saatdır kafedədirlər. Hazırda insident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Bildirilir ki, polis əməkdaşları hadisə yerini mühasirəyə alıblar. Silahlı şəxsin kafenin keçmiş əməkdaşı olduğu qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti