Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yük həcmi 402,7 min ton təşkil edib.
Trend bu haqda Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 123,4 min ton və ya 44% çoxdur.
Belə ki, keçən ilin yanvar-sentyabr aylarında Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yük həcmi 279,3 min ton təşkil edib.
Qeyd olunmalıdır ki, ümumilikdə 2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizləri üzrə dəmir yolu ilə 10,556 milyon ton, avtomobil nəqliyyatı ilə 8,009 milyon ton, dəniz nəqliyyatı ilə isə 5,590 milyon ton yük daşınıb.
Tranzit yüklər dəmir yolu ilə daşımaların ümumi həcminin 46%, avtomobil nəqliyyatı ilə daşımaların 41,9%-ni, dəniz nəqliyyatı ilə daşımaların isə 94,7%-ni təşkil edib.
