...

“Qu gölü” baleti yüksək maraq səbəbindən yenidən oynanılacaq - Yusif Eyvazov

Mədəniyyət Materials 3 Dekabr 2025 15:15 (UTC +04:00)
“Qu gölü” baleti yüksək maraq səbəbindən yenidən oynanılacaq - Yusif Eyvazov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dekabrın 18-i və 23-ü Heydər Əliyev Sarayında “Qu gölü” baleti oynanılacaq.

Trend xəbər verir ki, bu barədə Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov “Real İntervyu”da danışıb.

O bildirib ki, dekabrın 18-i baş tutacaq nümayiş üçün bütün biletlər satılıb. Bu səbəbəbdən tələbata uyğun olaraq, baletin 23 dekabrda da eyni məkanda nümayişi həyata keçiriləcək.

“Dövlət Akademik Opera və Balet Teatrının 2026-cı il üçün proqramı da artıq təsdiq olunub. 2026-cı ildə Opera və Balet Teatrında yeni premyeralar olacaq. Həmçinin baletimizin və konsert proqramlarının xaricdə nümayişi nəzərdə tutulub”.

O açıqlayıb ki, 2026-cı ildə öncədən nümayiş etdirilməmiş operalar,unudulmuş əsərlər səhnəyə çıxacaq.

“Növbəti ildə də “Opera və balet günləri" layihəsi davam etdiriləcək”,- deyə Y.Eyvazov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti