...

"Nissan" təxminən 15 min əməkdaşını məzuniyyətə göndərəcək

Dünya xəbərləri Materials 21 Aprel 2020 09:20 (UTC +04:00)
"Nissan" təxminən 15 min əməkdaşını məzuniyyətə göndərəcək

Bakı. Trend:

Yaponiyanın "Nissan" avtomobilqayırma korporasiyasının rəhbərliyi yeni növ koronavirusun yayılması ilə əlaqədar təxminən 15 min əməkdaşının ödənişli məzuniyyətə göndərilməsi barədə qərar qəbul edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, məzuniyyətə göndəriləcək əməkdaşlar aprelin 27-dən mayın 1-dək iş yerlərinə gəlməyəcəklər.

Bildirilir ki, məzuniyyətə Yaponiyada yerləşən zavodların menecment və texniki inkişaf şöbələrinin mütəxəssisləri göndəriləcək.

Qeyd edək ki, Yaponiyada koronavirusa 12 minə yaxın yoluxma və 276 ölüm halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti