...

Türkiyədə koronavirusdan ölənlərin sayı 2,8 mini keçib

Dünya xəbərləri Materials 26 Aprel 2020 20:35 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 99 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2 805 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 357 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 110 130 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən sutka ərzində 3 558 nəfər sağalıb, sağalanların ümumi sayı 29 140 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti