Bakı. Trend:
Ermənistanın Qavar şəhərində 4 nəfərin ölümü ilə nəticələnən silahlı insidentlər baş verib.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, əvvəlcə şəhərdə atışma baş verib, iki nəfər ölüdürülüb. Hücum edən şəxslər hadisə yerindən qaçmağa çalışarkən qəzaya uğrayıblar və yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Yerevandan Qavara Ermənistanın polis rəisi Arman Sarkisyan və çox sayda polis əməkdaşı gəlib. Cinayətkarların saxlanıldığı xəstəxana polislər tərəfindən nəzarətə götürülüb.
Bildirilir ki, bir müddət sonra atışmada ölən şəxslərdən birinin (hərbi polisin müstəntiqi) 500-ə yaxın qohumu və dostları xəstəxanaya girərək cinayətkarların boğazlarını kəsiblər.
Qeyd edilir ki, polis əməkdaşları onları saxlaya bilməyib.
Ermənistan polis rəisinin və çoxsaylı polis əməkdaşının olduğu yerdə törədilən qətl barədə yayılan məlumatlara rəsmi münasibət bildirilməyib.