...

Rusiyada koronavirusdan ölənlərin sayı 1 500 nəfəri keçdi

Dünya xəbərləri Materials 6 May 2020 12:06 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır
Rusiyada koronavirusdan ölənlərin sayı 1 500 nəfəri keçdi

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 10 559 nəfər koronavirusa yoluxub, 86 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 165 929 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 1 537 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 21 327 nəfər virusdan sağalıb, 143 065 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti