...

İran hərbi gəmisində 19 hərbçi ölüb, 15 nəfər yaralanıb

Dünya xəbərləri Materials 11 May 2020 11:20 (UTC +04:00)
İran hərbi gəmisində 19 hərbçi ölüb, 15 nəfər yaralanıb

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin cənubunda keçirilən hərbi dəniz təlimlərində yüngül hərbi gəmilərdən olan Konarək gəmisində 19 hərbçi ölüb, 15 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu İran ordusu Hərbi Dəniz Qoşunlarının ictimai əlaqələr şöbəsinin verdiyi məlumatda öz əksini tapıb.

Məlumata görə, ötən gün günortadan sonra keçirilən hərbi təlimdə Konarək gəmisində hadisə baş verib. Hadisədən dərhal sonra xilasetmə qüvvələri hadisə yerinə gəliblər.

Məlumatda qeyd olunur ki, Konarək gəmisi texniki araşdırmalar üçün limana nəql olunub.

Hadisənin dəqiq səbəbləri araşdırılmaqdadır.

Qeyd edək ki, gəminin hərbi təlim zamanı səhvən vurulduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti