...

Avropada turizm mövsümü yayda açılacaq

Dünya xəbərləri Materials 21 May 2020 12:50 (UTC +04:00)
Avropada turizm mövsümü yayda açılacaq

Bakı. Trend:

Yay aylarında Avropada turizm mövsümü açılacaq, amma bunun bütün Avropanı əhatə edib-etməyəcəyi hələlik məlum deyil.

Trend-in məlumatına görə, bunu daxili bazar məsələləri üzrə Avrokomissar Tyerri Breton deyib.

O bildirib ki, Avropa İttifaqı ölkələri daxilində turizmin bərpa olunacağı dəqiqdir:

“Avropada bu yay turizm mövsümü olacaq. Bu, ölkə daxilində olacaqmı? Dəqiq olacaq. Ümum-Avropa turizmi olacaqmı? Buna ümid edirik”.

Bir müddət əvvəl T.Breton bildirib ki, koronavirus pandemiyasının sərhədləri ölkələrin sərhədləri ilə üst-üstə düşmür, ona görə də Aİ-nin bəzi zonaları turistlərə açılsa da, digər bölgələr bağlı qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti