Bakı. Trend:
Fransanın “Renault” avtomobil şirkəti dövlətdən 5 milyard avro məbləğində kreditin alınması ilə bağlı razılıq əldə edib.
Trend-in məlumatına görə, kreditin verilməsində Fransanın ən iri bankları – “BNP Paribas”, “Credit Agricole”, “Societe Generale”, eləcə də HSBC və Natixis banklarının Fransa şöbələri iştirak edəcək.
“Renault” bildirib ki, bu kredit şirkətin likvidlik ehtiyacını təmin edəcək.