...

“Nissan” 2 milyona yaxın avtomobili geri çağırıb

Dünya xəbərləri Materials 5 İyun 2020 19:35 (UTC +04:00)
“Nissan” 2 milyona yaxın avtomobili geri çağırıb

Bakı. Trend:

“Nissan” şirkəti ABŞ-da 1,9 milyon avtomobili geri çağırdığını elan edib.

Trend-in məlumatına görə, qərar avtomobillərin kapotunda qeydə alınan qüsurlarla bağlıdır.

Qeyd olunur ki, həmin qüsurla əlaqədar avtomobilin kapotu hərəkət zamanı öz-özünə açıla bilər.

Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş “Altima” modellərinə şamil edilib.

Bundan əvvəl həmin avtomobillərdən bəziləri eyni problemə görə 3 dəfə geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti