...

Braziliyada koronavirusa yoluxanların sayı 19 min nəfərə yaxın artıb

Dünya xəbərləri Materials 8 İyun 2020 09:13 (UTC +04:00)
Braziliyada koronavirusa yoluxanların sayı 19 min nəfərə yaxın artıb

Bakı. Trend:

Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 19 min nəfərə yaxın artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ötən sutka ərzində koronavirusa 18 912 nəfər yoluxub, koronavirusa yoluxanların ümumi sayı 691 758 nəfər təşkil edir.

Bildirilir ki, koronavirusdan ölənlərin sayı 525 nəfər artaraq 37 312 nəfərə, sağalanların sayı isə 6 803 nəfər artaraq 283 652 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti