...

İranda daha 81 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 10 İyun 2020 14:11 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 81 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Beləliklə ölkədə indiyədək bu virusdan ölənlərin sayı 8 506 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 2 011 nəfər koronavirusa yoluxub. Bununla da İranda infeksiya daşıyıcılarının ümumi sayı 177 938 nəfərə çatıb. 140 590 nəfərin koronavirusdan sağaldığı bildirilib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,15 milyondan çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti