...

İranda daha 2 410 nəfər koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 13 İyun 2020 13:56 (UTC +04:00)
İranda daha 2 410 nəfər koronavirusa yoluxdu

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 2 410 nəfərin koronavirusa (COVID19) yoluxması öz təsdiqini tapıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Beləliklə İranda bu virusa yoluxanların sayı 184 955 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 755 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 71 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 8 730 nəfərə çatıb.

Nazirlik rəsmisi İranda indiyədək 146 748 nəfərin koronavirusdan sağaldığını deyib.

Lari bildirib ki, İranın Hörmüzqan, Xuzistan, Rəzəvi Xorasanı və Buşehr vilayətlərində vəziyyət daha təhlükəlidir.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,21 milyondan çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti