Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə və İran sərhədlərin açılmasını müzakirə edir.
Trend-in məlumtına görə, bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, sərhədlərin açılması Ankara və Tehranın maraqları çərçivəsindədir.
Nazir əlavə edib ki, bununla belə, hələlik tərəflər pandemiya ilə əlaqədar sərhədlərin açılması vaxtı və qaydalarını müəyyənləşdirməyib.