...

Praqada bütün bələdiyyə sədrləri karantinə götürüldü

Dünya xəbərləri Materials 17 İyun 2020 12:31 (UTC +04:00)
Praqada bütün bələdiyyə sədrləri karantinə götürüldü

Bakı. Trend:

Praqa merinin müavini Peter Qlubuçek yeni növ koronavirusa yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, pandemiya zamanı Çexiyada tətbiq olunan qaydalara uyğun olaraq, son günlərdə merin müavini ilə sıx əlaqədə olan paytaxtın bütün bələdiyyə rəhbərliyi iki həftəlik ev karantininə yerləşdirilməlidir.

P.Qlubuçek bildirib ki, iyunun 15-i onun hərarəti qalxıb, bu səbəblə o, iyunun 16-sı işə çıxmayıb və koronavirus testindən keçib: "Axşam mən koronavirus testimin müsbət olduğunu öyrəndim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti