Bakı. Trend:
Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa 15 min nəfər yoluxub.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 410 461 nəfərə çatıb.
Bildirilir ki, koronavirusa yoluxanlardan 13 254 nəfəri vəfat edib, 228 min nəfəri isə sağalıb.