...

İdlib Türkiyə üçün niyə əhəmiyyətlidir? (VİDEO)

Dünya xəbərləri Materials 23 İyun 2020 15:01 (UTC +04:00)
İdlib Türkiyə üçün niyə əhəmiyyətlidir? (VİDEO)

Bakı. Trend:

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi “Twitter” hesabında “İdlib Türkiyə üçün niyə əhəmiyyətlidir” başlıqlı məlumat paylaşılıb.

“Dinc sakinlərin qorunması, miqrant axının dayandırılması və terrorla mübarizədə böyük uğurlara imza atan Türkiyə İdlibin daimi təhlükəsiz bir bölgəyə çevrilməsində açar ölkə olaraq təşəbbüslərini davam etdirir” – deyə vurğulanan paylaşımda İdliblə bağlı video da yer alıb.

Trend-in məlumatına görə, bölgədə yaşanan faciə və Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlarının görüntülərinin də yer aldığı videoda Türkiyənin Suriyada 10-cu ilinə girən vətəndaş müharibəsinin həll edilməsi prosesində önəmli rol oynadığı vurğulanıb.

Paylaşımda, Türkiyənin dünyada ən çox qaçqına ev sahibliyi etdiyi,eyni zamanda 911 kilometrlik sərhədi ilə vətəndaş müharibəsinin təsirlərinə ən çox məruz qalan ölkə vəziyyətində olduğu qeyd edilib. İdlibi tamamilə ələ keçirərək bölgədə hakim güc olmaq istəyən Əsəd rejimi və dəstəkçilərinin Türkiyənin vətəndaş müharibəsinin təsirlərinə məruz qalmasını nəzərə almayaraq həm müxalif qüvvələri neytrallaşdırmaq, həm də rejimi hakimiyyətdə saxlamaq istədikləri ifadə edilib.

Türkiyənin bölgədə hərbi gücünü artırmaq və Əsəd rejiminin hücumlarına cavab verməkdən başqa yolunun olmadığının qeyd edildiği videoda “Türkiyə həyata keçirdiyi hərbi əməliyyatlar ilə İdlibin cənubundan və şərqindən keçən M4 və M5 avtomobil yollarının şimal və qərbində yerləşən ərazilərdə təhlükəsizliyi tam olaraq təmin edib. Türkiyədəki suriyalı miqrantlar, Türkiyənin yaratdığı təhlükəsiz ərazilər səbəbindən yenidən evlərinə dönməyə başlayıb. Digər tərəfdən Rusiya ilə müzakirə edərək Əsəd rejimi tərəfindən dinc əhalinin qətliamını dayandıran Türkiyə yeni bir humanitar böhranın yaranmasının da qarşısı aldı.”, - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti