...

Meksikada iyunun 23-ü baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 25 İyun 2020 06:43 (UTC +04:00)
Meksikada iyunun 23-ü baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb

Bakı. Trend:

İyunun 23-ü Meksikanın Oahaka ştatı sahillərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyidən bildiriblər.

Məlumatda deyilir: "Təəssüf ki, bu bölgədə 10 ölü və 21 yaralı, Mexikoda isə 2 yaralı haqqında məlumat daxil olub".

Bildirilir ki, zəlzələ nəticəsində 97 bələdiyyədə 2 mindən artıq yaşayış evinə və 55 məktəbə zərər dəyib. Hazırkı dövrədək 2,15 mindən artıq təkrar təkan qeydə alınıb, ən böyük təkanın maqnitudası 5,5 bal olub.

Qeyd edək ki, iyunun 23-ü Meksikanın Oahaka ştatı sahillərində 7,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Krusesita yaşayış məntəqəsindən 2 kilometr aralıda, ocağı isə 22,6 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti